Mətbəx mebelləri: MDF, membran və akril fasad müqayisəsi

Salonda yeddi-səkkiz fasad nümunəsinə baxırsınız, hamısı gözəl görünür, qiymətlər isə bir-birindən fərqlidir. Satıcı “bu MDF-dir”, “bu membrandır”, “bu akrildir” deyir, siz isə hansının sizin mətbəxinizə uyğun olduğunu anlamırsınız. Mətbəx mebelləri evdə ən çox yüklənən mebellərdir. Hər gün açılır, silinir, buxara, yağa və istiyə məruz qalır. Ona görə fasad seçimi yalnız rəng məsələsi deyil. Bu qərar illər sonra sizi razı da salır, yorur da. Bu yazıda MDF, membran və akril fasadları rütubət, istilik, cızıq, baxım və qiymət baxımından sadə dillə müqayisə edirik. Sonda ustaya verə biləcəyiniz suallar siyahısı da var. Mətbəx mebelləri üçün fasad seçimi nədən başlayır? Fasad mətbəx mebelinin gözə görünən üzüdür, qapılar və siyirtmələrin ön hissəsi. Korpus (şkafın daxili gövdəsi) çox vaxt eyni materialdan hazırlanır, fasadı isə siz seçirsiniz. Görünüşü, davamlılığı və qiyməti ən çox məhz bu seçim müəyyən edir. Salona getməzdən əvvəl özünüzə 3 sual verin. Mətbəxdə nə qədər tez-tez bişirirsiniz? Plitə, əlüzyuyan və qabyuyan maşın hansı divarda olacaq? Büdcənin nə qədərini fasada ayırmaq istəyirsiniz? Bir məsləhət də var beləki, nümunəni yalnız salonun işığında yox, evinizin gündüz işığında da baxın. Parlaq akril salonda əla görünə bilər, amma pəncərədən günəş düşən mətbəxdə təəssürat dəyişir. Mümkünsə kiçik nümunə parçasını evə aparın, üstünə su və yağ damladıb silin. Beləcə fasadın gündəlik həyatda necə davrandığını əvvəlcədən görərsiniz. MDF fasadlı mətbəx mebellərinin güclü və…