3113 AZN
TREND Yataq Dəsti aytaşı rəngli 18 mm qalınlığında laminat gövdəsi, akril boyalı CNC işləməli MDF qapıları və nabuk parça ilə üzlənmiş bazalı çarpayısı ilə yataq otağınıza həm geniş saxlama həcmi, həm də müasir görünüş qazandırır. Komplektə 171x140x205 sm ölçülü bazalı çarpayı, daxilində 3 siyirmə və 2 asılqan bölməsi olan 240x220x60 sm ölçülü metal profilli güzgülü 6 qapılı paltar dolabı, 120x170x42 sm ölçülü LED işıqlı güzgülü termo və 140x60x42 sm ölçülü arxa panelli tumbalar daxildir. Üstəlik sağlam yuxu bəxş edən ortopedik tibbi matras dəstin üzərində alıcılarımıza hədiyyə edilir.