Mebel mağazasına girib "yataq dəsti istəyirəm" deyirsiniz, satıcı isə sizə içində şkaf da olan komplekt göstərir. Ya da əksinə spalni mebel istəyirsiniz, gətirilən komplektdə şkaf yoxdur. Belə qarışıqlıq çox yayılıb. Bu yazıda spalni mebel və yataq dəsti arasında nə fərq olduğunu, bu sözlərin haradan gəldiyini və komplekt seçərkən nələrə diqqət etməli olduğunuzu sadə dillə izah edirik. Spalni mebel və yataq dəsti eyni şeydir? Qısa cavab belədir ki, bəzən eynidir, bəzən deyil. Çünki bu iki ifadənin dəqiq, hamının qəbul etdiyi sərhədi yoxdur. Bir satıcı "yataq dəsti" deyəndə yalnız çarpayı ilə tumbaları nəzərdə tuta bilər, başqası isə eyni adla şkafı (dolabı) da daxil edir. Ümumi qəbul olunmuş yanaşma isə təxminən bu cürdür ki: Spalni mebel yataq otağını tam təchiz edən geniş komplektdir. Yataq dəsti daha yığcam komplekt kimi başa düşülür və şkaf adətən ayrıca götürülür. Mebel sahəsində adlar çox vaxt adətlə formalaşır, standartla yox. Ona görə də sifarişdən əvvəl tərkibi yazılı şəkildə dəqiqləşdirmək ən etibarlı yoldur. Bu barədə növbəti bölmələrdə ətraflı danışacağıq amma Furqan Mebel-də yataq dəsti dolab (şkaf) və tamamilə spalni mebel-də olan bütün təchizlər daxildir. "Yataq dəsti" ifadəsinin ikinci mənası Bir məqamı əvvəlcədən aydınlaşdıraq ki, sonra qarışmasın. Gündəlik dildə "yataq dəsti" bəzən yorğan, balış və yorğan üzündən ibarət yataq ağlarına da deyilir. Bu, tamam ayrı məhsuldur və mebellə əlaqəsi yoxdur. Bu qalan hissədə də "yataq dəsti" dedikdə yalnız mebel…